Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“GoldenPay” şirkəti səhmlərinə olan marağı ölçür
“Hesab.az” portalı “GoldenPay” şirkəti potensial alıcıların, əgər səhmdar cəmiyyətinə çevrilərsə, onun səhmlərinə maraqlarının olub-olmayacağını müəyyənləşdirmək üçün sorğu keçirir.
Şirkət “Facebook” səhifəsində potensial müştərilərinə “GoldenPay” şirkətinin səhmlərinin bir hissəsi Bakı Fond Birjasında satışa çıxsa, səhmlərimizə sahib olmaq istərdinizmi? (Səhmin biri 10-50 AZN arasında olsa)” sualı ilə müraciət edib. Sual “Surveymonkey” saytında yerləşdirilib.
İndi şirkət onların fikirlərini bildirmələrini istəyir. Sorğuda iştirak edənlərdən ad, soyad, mobil telefon nömrəsi və elektron poçt tələb olunur.
Qeyd edək ki, “İPO (İnitial public offering)” səhmlərin ilkin açıq kütləvi satışıdır.
RƏVAN
12/09/13 Çap et