Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Yahoo!” şirkəti dirçəlir
"Yahoo!"-nun baş direktoru Marissa Mayer San-Fransiskoda keçirilmiş "TechCrunch" konfransından deyib ki, son üç ildə ilk dəfə "Yahoo!"-nun auditoriyasında canlanma hiss olunub və bir ildə təxminən 20% artıb.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, o deyib ki, hazırda "Yahoo!"-nun portallarına aylıq təxminən 800 milyon insan daxil olur. Xatırladaq ki, Marissa Mayer şirkətdə 15 aydır "CEO" vəzifəsində işləyir.
Bundan başqa, o deyib ki, son ildə "Yahoo!"-nun səhmlərinin qiyməti iki dəfə artıb.
Mayer bildirib ki, bu yaxınlarda "udulmuş" "Tumblr" xidmətinin auditoriyası nəzərə alınmayıb. Həmçinin o etiraf edib ki, "Yahoo"-nun trafikinin artmasına baxmayaq, şirkət hələ trafikin kommersiyalaşması üçün universal həll tapmayıb.
Emil Hüseynov
12/09/13 Çap et