Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaponiyalı 10 gün əvvəldən növbəyə dayanıb
Yaponiyanın “Kotaku” portalı yazır ki, yaponiyalı sentyabrın 10-dan “Apple” şirkətinin Tokioda yerləşən mağazasının qarşısında yeni “iPhone” modeli üçün növbə tutub. Xatırladaq ki, aparat sentyabrın 20-də satışa çıxarılacaq.
“ICTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, “Twitter”dəki hesabında “@Xxxprius” ləqəbli yaponiyalı gözləmə prosesini təsvir edir. İlk mesajlardan birinin tərkibi belə olub: "Mən “Apple Store” dükanının qarşısında növbə tutmuşam. Bu, çətin olacaq".
Yaponiyalı mağazanın qarşısındakı səkidə stulda oturur, “iPad” istifadə edir, iki çətir və zəruri ehtiyatlara malikdir. Əsasən müxbirlərlə danışır və “Twitter”də mesaj yazmaqla məşğuldur.
Emil Hüseynov
12/09/13 Çap et