Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti 64 bitlik prosessorla təchiz edilmiş smartfon istehsal edəcəyinə söz verib


“Samsung”un gələcək smartfonları 64 bitlik prosessorlarla təchiz olunacaq. Bu barədə “Samsung”un mobil bölməsinin direktoru Cey Key Şin tərəfdaşlarla görüş zamanı deyib.
 
“ICTnews.az” elektron xəbər xidməti  bildirir ki, yeni çiplərlə təchiz ediləcək aparatların çıxarılma tarixi açıqlanmayıb. Direktor deyib ki, bu, çox tezliklə baş verməyəcək. Qurğuların başqa xüsusiyyətləri açıqlanmayıb.
 
Şin görüş zamanı qeyd edib ki, “Samsung” Çin və Yaponiyada mövqeyini gücləndirməlidir ki, “Apple”a uduzmasın.
 
“Strategy Analytics” şirkətinin məlumatına görə, “Samsung” Çin bazarında Amerika şirkətini xeyli qabaqlayır.
 
Emil Hüseynov




12/09/13    Çap et