Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycandilli vikipediyanın inkişafı ilə bağlı müzakirələr aparılacaq
Sabah Azərbaycan Vikipediyası istifadəçilərinin Bakıda sayca 7-ci geniş tərkibli görüşü keçiriləcək.
“ICTnews” elektron xəbər xidmətinin vikipediyaya istinadən verdiyi məlumata görə, görüş Azərbaycandilli vikipediyadakı hazırki durum, onun inkişaf planı və təbliğatı, Vikimedia Fondu istiqamətində iş, FOP, “Viki Abidələri Sevir 2013” layihəsi, Azərbaycan Sovet Ensiklopediyasındakı materialların köçürülməsi ilə bağlı müzakirələr, eləcə də yeni istifadəçilərin/idarəçilərin tanışlığı, koordinasiya işinin gücləndirilməsi məqsədini daşıyır.
Qeyd edək ki, görüşdə iştirak edənlər üçün mövzu qadağası və limiti müəyyən olunmayıb, hər kəs istədiyi mövzunu qaldırıb, müzakirə edə bilər.
CAHANGİR
13/09/13 Çap et