Haker “Vodafone Germany” şirkətinin 2 milyon abunəçisinin məlumatını oğurlayıb
“Vodafone Germany” mobil rabitə şirkətinin 2 milyondan çox abunəçisinin şəxsi məlumatı haker tərəfindən oğurlanıb. Bununla əlaqədar şirkət nümayəndələri bildirirlər ki, haker abunəçilərin adına, ünvanlarına, bank rekvizitlərinə və doğum tarixlərinə çıxış əldə edib. Qeyd edilir ki, oğurluq mobil operatorun daxili şəbəkəsində yerləşən və internetə çıxışı olmayan məlumat bazasında baş verib.
Həmçinin operator bildirib ki, abunəçilər insidentlə bağlı məlumatlandırılıb və onlara qarşı yaxın vaxtlarda fırıldaqçılıq aksiyalarının keçirilə bilməsi haqqında xəbərdarlıq olunub.
“Vodafone” insidentlə bağlı təəssüf edir və abunəçilərindən üzr istəyir”, - şirkətdən bildiriblər.
Şirkətin bəyanatında insidentin nə vaxt baş verməsi barədə məlumat verilmir, lakin baş vermiş hadisəyə görə polisin araşdırmalara başlaması vurğulanır.
“Belə hücum yalnız ixtisaslaşmış cinayətkar və ya şirkətin daxili İT infrastrukturu ilə tanış olan şəxs tərəfindən həyata keçirilə bilər”, - “Vodafone”nun Almaniya nümayəndəliyinin məlumatında deyilir, - “Cybersecurity
www.cybersecurity.ru” yazır.