Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda 462 ədəd dövlət qeydiyyatından keçməyən müxtəlif növ radioelektron vasitə aşkarlanıb


Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi  (REVİNŞ) tərəfindən cari ilin 8 ayı ərzində iş planına, adıçəkilən idarəyə daxil olmuş göstəriş və müraciətlərə əsasən 500 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrə (REV)  texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.
 
DRİ-dən verilən məlumata görə, müəssisə və  təşkilatlarda  keçirilən texniki baxış zamanı  462 ədəd idarədə qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə aşkarlanıb: "Onlardan 236 ədədi möhürlənib, 32 ədədi istismardan çıxarılıb, 26 ədədi qeydiyyata salınıb və 168 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür".
 
Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 46 protokol yazılıb və müvafiq  hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
 
CAHANGİR




13/09/13    Çap et