Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Spirtlə işləyən prosessor


İstehsalçılar üçün konfransda “Intel” korporasiyası qeyri-adi prosessor prototipi nümayiş etdirib. Təqdim edilmiş çipin işləməsi üçün bir qədəh şərab kifayətdir,  prosessor iki elektrodun köməkliyi ilə ordan enerji  əldə edir. Bu halda yaradılan enerji “E-Ink” ekranında təsvirin əks olunması və dəyişilməsi üçün kifayətdir.
 
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Dobreprogramy” yazır ki, “Intel”in məqsədi enerji sərfiyyatı sahəsində nailiyyətlərini nümayiş etdirməkdir. Gələcək nəsil prosessorları müasir çiplərlə müqayisədə dəfələrlə daha az enerji sərf etməlidir.
 
Emil Hüseynov




13/09/13    Çap et