Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalında məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənişi xidməti işə salınıb


“Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, sığortaedən bu xidmət vasitəsilə məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənişini həyata keçirir.  Elektron xidmətin göstərilməsi üçün heç bir sənəd tələb olunmur.  Xidmət real vaxt rejimində dərhal icra olunur.
 
İstifadəçiləri hüquqi və fiziki şəxslər olan interaktiv növlü e-xidmət ödənişsiz həyata keçirilir.
 
Sözügedən elektron xidmət Dövlət Sosial Müdafiə Fondu tərəfindən göstərilir.

CAHANGİR
 
 




13/09/13    Çap et