Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Sazz İnternet” yeni dərs ili münasibətilə gənclər üçün xüsusi kampaniya keçirir
“Sazz 4G İnternet” şirkəti yeni tədris ili münasibətilə gənclər üçün xüsusi hədiyyə kampaniyasına başlayıb.
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, kampaniyada iştirak edən 18-25 yaşlı bütün şəxslərə ikiaylıq abunə haqqı qarşılığında “Sazz USB” modemi hədiyyə olunacaq.
Bunun üçün abunəçi müqaviləsini imzalayaraq 2 aylıq abunə haqqını ödəmək kifayətdir. Müqavilə şəxsiyyət vəsiqəsi əsasında rəsmiləşdiriləcək və heç bir əlavə sənəd tələb olunmayacaq.
Hədiyyə günləri sentyabrın 15-dən 30-dək “Sazz İnternet”in Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində, eləcə də bütün “Sazz” satış nöqtələrində keçiriləcək. “Sazz İnternet”in satış nöqtələri həftənin 7 günü, o cümlədən bayram günlərində müştərilərin ixtiyarındadır.
Xatırladaq ki, “Sazz İnternet” yeni abunəçilərə internet xidmətini 5 gün ərzində 200 meqabaytlıq trafiklə yoxlayıb test etmək imkanını verir.
Hazırda “Sazz İnternet” Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Xırdalan şəhərlərində, habelə Abşeron yarımadasının əksər qəsəbələrində xidmət göstərir. Bu yaxınlarda “Sazz İnternet”in əhatə dairəsinə 11 rayon mərkəzinin daxil olması planlaşdırılıb.
Aynur Vəliyeva
13/09/13 Çap et