Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“C” yenidən ən populyar proqramlaşdırma dili olub


2013-cü il avqust ayının yekununa görə, "Tiobe" indeksinin məlumatlarına əsasən, “C” proqramlaşdırma dili yenidən proqramçılar arasında populyar olub. Xatırladaq ki, “Tiobe” indeksi çərçivəsində əsasən proqramlaşdırma dillərinin populyarlığı yazılmış kodun ümumi həcminin təhlilinə əsaslanır. Bu və ya digər proqramlaşdırma dilində yazılmış kodun həcminə görə onun populyarlığı təyin edilir.
 
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, son reytinq məlumatlarına əsasən, “C” proqramlaşdırma dili populyarlığına görə “Java”nı ötüb.
 
Sözügedən reytinqdə üçüncü yerdə “С++” (8,66%) qərarlaşıb. “Objective-C” (8,56%) və “PHP” (6,43%) proqramlaşdırma dilləri müvafiq olaraq dördüncü və beşinci yerləri bölüşdürür.
 
Emil Hüseynov




14/09/13    Çap et