Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yunanıstanda kompüterdə iş üçün məzuniyyət ləğv olunub


Yunanıstan hökuməti dövlət qulluqçularının kompüterdə iş üçün nəzərdə tutulan əlavə 6 gün məzuniyyətini ləğv etmək qərarına gəlib. Bu tədbir sərt iqtisadiyyat dövlət proqramı çərçivəsində həyata keçirilib.
Əlavə istirahət günləri kompüter arxasında gündə 5 saatdan çox çalışan bütün dövlət qulluqçuları üçün 1989-cu ildə tətbiq edilib.

İslahat məsələləri üzrə nazir Kiriakos Misotakis televiziya çıxışında bildirib ki, kompüterdə iş üçün nəzərdə tutulan məzuniyyətlərin ləğv olunmasını 5 min yeni iş yerinin yaradılması ilə müqayisə etmək olar.   
Onun sözlərinə görə, bu, dövlət iqtisadiyyat sektorunun modernləşdirilməsi yolunda kiçik simvolik addımdır, - "BBC www.bbc.co.uk”  yazır.




14/09/13    Çap et