Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərsu” və B&B TV ödəmələri “AzeriCard”ın “Internet Banking” xidmətinin menyusuna əlavə olunub


“AzeriCard”  prosessinq mərkəzi “Azərsu” ASC  və B&B TV şirkəti ilə əməkdaşlığını davam etdirir.  Prosessinq mərkəzindən verilən məlumata görə, “Azərsu” ASC-nin və B&B TV şirkətinin abunəçiləri adıçəkilən qurumların xidmətlərini “İnternet          Banking”in yeni versiyası vasitəsilə ödəmə imkanı əldə ediblər.
 
Onu da xatırlatmaq lazımdır ki, “İnternet Banking” xidmətinin yeni versiyası yeni interfeys və proqramın asanlaşdırılmış qeyd olunma sxemi ilə fərqlənir, həmçinin xidmətlər siyahısına Şablon və Rekurent (Təkrarlanan ödəniş) ödənişləri əlavə olunub.
 
CAHANGİR




16/09/13    Çap et