Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və informasiya texnologiyaları sahəsi üzrə ən yaxşı işçilər bəlli olacaq


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününün qeyd olunmasına və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 132 illiyinə həsr edilən peşə işçilərinin yarışması davam edir.

Artıq ”Aztelekom”İB-nin “ən yaxşı montyor”, “ən yaxşı kabel lehimləyicisi” və “ən yaxşı kross işçisi” nominasiyası üzrə keçirdiyi yarışmanın regionlar üzrə qalibləri bəllidir.

Birlik respublika üzrə keçiriləcək yarışmanın qaliblərini müəyyənləşdirmək üçün regionlar üzrə qaliblər arasında yarış təşkil edir.

Qeyd edək ki, respublika üzrə qaliblər Naxçıvan Muxtar Respublikası  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “Aztelekom” İB və Bakı Telefon Rabitəsi İstehsalat Birliyi üzrə birincilər arasında keçiriləcək yarışmanın nəticəsinə görə müəyyənləşəcək. Qaliblərə pul mükafatları və fəxri diplomlar veriləcək.

RƏVAN




16/09/13    Çap et