Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Hesab.az”-dan “Chevrolet Aveo” avtomobili udmaq şansı
Bu gündən etibarən 31 oktyabra qədər “hesab.az”-da yeni lotoreya kampaniyası başlayıb. “GoldenPay” şirkətinin yaydığı məlumata görə, 2 noyabr tarixində keçiriləcək lotoreyada “hesab.az”-çılar 100 ədəd 50 AZN-lik “hesab.az” hədiyyə kartı, 10 ədəd “Sony Experia” telefonu və 1 ədəd “Chevrolet Aveo” avtomobili udmaq şansı əldə edəcəklər.
Bunun üçün sadəcə bonusları elektron biletlərə dəyişib kampaniyaya qatılmaq tələb olunur.
Həmçinin bu gündən 31 oktyabr tarixinə qədər “hesab.az”-da Visa kartı ilə ödəniş edənlər 2 dəfə, AtaBank-ın ödəniş kartı ilə ödəniş edənlər isə 4 dəfə çox bonus toplaya biləcəklər. Bu da onların avtomobili udmaq şansını artıracaq.
RƏVAN
16/09/13 Çap et