Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Türkiyə növbəti peyki buraxmağa hazırlaşır


Türkiyə TÜRKSAT 6A rabitə peykinin buraxılışına hazırlaşır. Bu barədə "Sabah" qəzeti məlumat yayıb.
Məlumata görə, peyk layihəsinin maliyyələşdirilməsi məsələsini öz üzərinə ölkə hökuməti götürüb. Layihənin hazırlanması üzrə işlərə qarşıdakı aylarda, bilavasitə peykin tikintisi üzrə işlərə isə gələn ildən başlanılacaq.

Türkiyə 2012-ci ilin dekabrın 18-də Çinin "Jiquan" bazasından "Göktürk-2" adlı peykini kosmosa buraxıb. Peyk müdafiə məqsədləri üçün istifadə olunur.

Türkiyənin ilk kəşfiyyat peyki olan "RASAT" isə 2011-ci ildə kosmosa buraxılıb.

Kamal Hacıyev




16/09/13    Çap et