Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
III Respublika İnnovativ İdeya Yarmarkası öz işinə başlayıb
Ölkədə gənc alimlərin III Respublika İnnovativ İdeya Yarmarkası öz işinə başlayıb. Bakıda keçirilən yarmarka “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq düzənlənib. Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti, Gənclər və İdman Nazirliyi və AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən yarmarka 4 günədək davam edəcək.
Bununla bağlı düzənlənən çıxışlarda gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, ölkədə gənclərin, xüsusilə gənc alimlərin sosial şəraitini yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Onun sözlərinə görə, Azərbaycanda elmin inkişaf etdirilərək gələcək nəsillərə çatdırılmasını istəyiriksə, gənclərin elm sahəsinə gəlməsini təmin etməli və onlar üçün müvafiq şəraitlər yaradılmalıdır.
Məlumat üçün bildirək ki, yarmarka çərçivəsində “Davamlı innovativ inkişafın elmi-strateji əsasları gənc alimlərin tədqiqatlarında”, “Elmi gəncliyə sərmayə - gələcəyə sərmayə: gənc alimlərin yeni elmi-innovativ işlərinin təqdimatları”, “Azərbaycan elmində innovativ inkişafın müasir göstəriciləri - gənc alimlərin baxışları”, “Humanitar elmlərdə innovasiya” mövzularında konfrans, seminar, elmi-innovativ işlərin təqdimatlarının keçirilməsi planlaşdırılır.
Seymur
16/09/13 Çap et