Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Milli domen zonası Azərbaycan dilində domenlərin qeydiyyatına hazırdır


Azərbaycanın milli *.az domeninin inzibatçısı olan “İntrans” şirkəti bu ilin sonuna kimi Azərbaycan dilində domenlərin qeydiyyatına başlayacaq.
 
Azərbaycan Elektron Təhlükəsizlik Mərkəzinin və "*.az" domen qeydiyyatçısı "İntrans" şirkətinin rəhbəri Faiq Fərmanovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda milli domen zonasının genişləndirilməsi çərçivəsində Azərbaycan dilində domenlərin yaradılması məsələsi üzərində işlər gedir.



"Biz hazırda texniki nöqteyi - nəzərdən demək olar ki, Azərbaycan əlifbasına uyğun milli domenlərin qeydiyyatını həyata keçirməyə hazırıq. Lakin beynəlxalq qaydalara uyğun olaraq sistem tam hazır olduqdan sonra yarım il ərzində ilkin qeydiyyat mərhələsi keçirilməlidir ki, sistem testləşdirilsin. Belə hesab edirəm ki, bu ilin sonuna kimi biz artıq Azərbaycan əlifbası ilə domenlərin qeydiyyatına başlayacağıq və yerli şirkətlər gələcəkdə kiberskvotinq qurbanına çevrilməmək üçün Azərbaycan əlifbasına uyğun yazılışda brendlərini qeydiyyatdan keçirə bilərlər”, - deyə o bildirib.

Aynur Vəliyeva




17/09/13    Çap et