Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyanın ən sürətli yaddaş kartı nümayiş etdirilib
“SanDisk” şirkəti “Extreme Pro CFast 2.0” yaddaş kartını təqdim edib. İstehsalçının iddiasına əsasən, o, dünyanın ən sürətli yaddaş kartıdır.
Kart 60 və 120 QB olmaqla iki variantda təqdim edilir. Hər iki kart məlumatları saniyədə 450 meqabayt sürətlə oxuya bilər. Yazma sürəti daha tutumlu kartda 350, tutumu az olan kartda isə 225 MB/s təşkil edir.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “SanDisk” şirkətinin nümayəndələri bildiriblər ki, kart ilk növbədə 4K formatında video çəkən fotoqraf və operatorlar üçün nəzərdə tutulub.
Kartların qiyməti haqqında hələ ki məlumat yoxdur.
Emil Hüseynov
17/09/13 Çap et