Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İstifadəçilərin fərdi kompüterə marağı azalır
2700-dən çox insanın sorğusu əsasında tərtib edilmiş “American Customer Satisfaction Index” indeksi haqqında yeni hesabata əsasən, planşetlərin tədarükü müştərilərin məmnunluq dərəcəsinə görə noutbuk və masaüstü fərdi kompüterləri (FK) bir o qədər üstələmir, lakin getdikdə istifadəçilərin FK-yə sevgisi azalır.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, tədqiqat 2013-cü il aprelin 6-dan mayın 22-dək aparılıb.
Sorğu iştirakçıları 100 ballıq cədvəl üzrə öz məmnunluqlarını qiymətləndiriblər. Nəticədə planşetlər 81 bal toplayaraq noutbuk və masaüstü sistemləri cüzi qabaqlayıb. Sonuncular hər biri 79 bal toplayıb Amma bütovlükdə FK-nin məmnunluq səviyyəsi ötən illə müqayisədə 1,3% azalıb.
Brendlərə gəldikdə isə “Apple”ın kompüterləri ən yüksək bal (87) toplayıb.
Emil Hüseynov
17/09/13 Çap et