Siferblatsız saat yaradılıb
Almaniyanın “Yesign” dizayn studiyasının yaratdığı qol saatı ənənəvi saatlardan siferblatın olmaması ilə fərqlənir. “EOTS” adlı saatın dizaynı ilk əvvəl “Red Dot” dizaynı sahəsində müsabiqə üçün hazırlanıb, lakin ancaq daha sonra istehsalçılar qeyri-adi saatın bir neçə nüsxəsini çıxarmağa qərar veriblər. Qurğuda əqrəb yoxdur, onları işıq diodları əvəz edir və onlar saat və dəqiqəni göstərir.
“ICTnews.az” elektron xəbər xidməti “
zhelezyaka.com” saytına istinadən bildirir ki, “Yesign” şirkətindən vurğulanıb ki, sözsüz ki, bu cür saatlar iş üçün nəzərdə tutulmayıb. Bu model əyləncə gecələri üçündür.
“EOTS” modeli 112 dollar qiymətində məhdud sayda çıxarılacaq.
Emil Hüseynov