Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində keçiriləcək təlimlərdə iştirak edəcək jurnalistlərin qeydiyyatına start verilib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən dəstək verilən "Onlayn Medianın inkişafına dəstək" layihəsi çərçivəsində aparılacaq təlimlərdə iştirak edəcək jurnalistlərin qeydiyyatına start verilib.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, təlimlərdə informasiya cəmiyyəti quruculuğundan, xüsusilə "Elektron hökumət"dən yazan jurnalistlərin bilik və hazırlıqları artırılacaq. Treninqlər "Elektron hökumət" quruculuğu prosesinin, Açıq hökumət təşəbbüsünün və informasiya cəmiyyətinin formalaşmasının xüsusiyyətlərini, sosial media və multimedia jurnalistika sahələrini, eyni zamanda jurnalistlərin maraq dairələri nəzərə alınmaqla hazırlanan xüsusi proqram əsasında keçiriləcək.
 
 Treninqlərdə iştirak etmək istəyənlər kompüter və informasiya texnologiyaları sahəsində elementar biliklərə sahib olmalıdırlar. Təlimlər oktyabr ayında bir həftə müddətində nəzərdə tutulub. "Nar Mobile"- in baş sponsorluğu, Multimedia Mərkəzinin təşkilatçılığı ilə düzənlənəcək seminarlar AMEA İnfromasiya Texnologiyaları İnsititutu ilə əməkdaşlıq şəraitində keçiriləcək.
 
Təlimlər bu institutun yüksək texnologiyaları ilə təmin olunan Təlim Mərkəzində təşkil olunacaq və iştirakçılara sertifikatlar veriləcək. İştirak etmək istəyənlər "www.telim.org" saytında qeydiyyatdan keçə bilərlər.
 
 
Qeyd edək ki, ölkədə onlayn medianın inkişafı üzrə tədbirlərin görülməsi 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı RİTN üzrə təsdiqlənən tədbirlər planında da əks olunub. Ondan irəli gələrək nazirlik tərəfindən bir sıra işlər həyata keçirilib və bu, davam etməkdədir.
 
 
SEYMUR
 




17/09/13    Çap et