Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Valideynlər yeni doğulmuş övladları haqda şəhadətnamə surətini daha asan əldə edəcəklər


Bundan sonra valideynlər doğumla bağlı şəhadətnaməni daha asan yolla ala biləcəklər. Belə ki, Səhiyyə Nazirliyi “Doğum haqqında tibbi şəhadətnamə” elektron registrindən məlumatların verilməsi adlı növbəti elektron xidmətini  “Elektron hökumət” portalı vasitəsilə istifadəyə verdi.
 
Xidmətdən istifadə etmək üçün portala giriş edərək, nazirliyin müvafiq bölməsinə daxil olmaq lazımdır. Həmin bölmədən sözügedən elektron xidməti seçdikdən sonra valideynin (ananın) yeni doğulmuş övladı haqqında şəhadətnamə surətini əldə etməsi mümkündür.
 
Həqiqət İSABALAYEVA
 




18/09/13    Çap et