Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sosial şəbəkələr uşaqlara neqativ təsir edir
Kaliforniya Universitetindən tədqiqatçılar bildiriblər ki, “Facebook” sosial şəbəkəsi və ona oxşar şəbəkə layihələri gənc yaşda olan istifadəçilərin psixoloji sağlamlığına neqativ təsir göstərə bilər. Tədqiqat nəticəsində bildirilib ki, “Facebook” kimi saytlardan istifadə ciddi psixoloji narahatlıqlarla nəticələnə bilər. Məsələn, bu, narsisizm, cəmiyyətə zidd davranış, təcavüzkar davranış tipi ola bilər. Tədqiqatın keçirilməsində iştirak edən alim-doktor Larri Rozen və kolleqaları tərəfindən əldə edilmiş nəticələr reallığı təsdiq edib. Mister Rozen Vaşinqtonda keçirilən Amerika Psixoloji Assosiasiyasının konfranslarında çıxış edib.
Larri Rozen öz çıxışında qeyd edib ki, yeniyetmələr və gənc insanlar öz rəqəmsal qurğularına çox bağlanıblar, dost və qohumlarla telefon və üz-üzə deyil, mətn vasitəsilə ünsiyyət saxlayaraq sosial şəbəkələrdə çox vaxt keçirirlər. Doktor Rozen əlavə edib ki, sorğudakı yeniyetmələrin 42%-i sosial şəbəkələrdə mətni bağlı gözlərlə mübadilə pəncərəsində yığa bilərlər. Bu isə orda keçirilən çox böyük vaxta sübutdur. Maraqlıdır ki, doktor Rozenin məlumatları ilə bir çox digər mütəxəssislər də razıdırlar.
10/08/11 Çap et