Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Huawei” Avropada “R&D”nin inkişafına sərmayə qoyuluşlarını artıracaq
“Huawei” bəyan edib ki, Avropa ölkələrində 2013-cü ildə elmi araşdırma fəaliyyətinə sərmayələri artırmaq niyyətindədir.
““Huawei” hər il gəlirinin 10%-ni sərmayə şəklində elmi araşdırmalara yönəltmək niyyətindədir. 2012-ci ildə biz gəlirimizin 13%-ni elmi araşdırmalara sərmayə şəklində yatırmışıq, bu da özəl şirkətlərin İKT-nin bu istiqamətinə yönəltdiyi ən böyük dəstəkdir. Biz Avropada elmi araşdırmalara sərmayələrimizi artırmaqda davam edirik. Onların həcmi 2010-cu ildən 2013-cü ilədək iki dəfə artıb və yaxın beş il ərzində biz daha bir ikiqat artım gözləyirik», - deyə “Huawei” şirkətinin Avropa araşdırma və hazırlama mərkəzinin vitse-prezidenti Renato Lombardi bildirib.
“Huawei” Avropada 13 elmi araşdırma mərkəzi təşkil edib– İsveçdə, Birləşmiş Krallıqda, Finlandiyada, Fransada, Belçikada, İrlandiyada və İtaliyada. Bu mərkəzlərdə 800-dən çox mütəxəssis çalışır.
Avropada “Huawei” şirkətinin elmi araşdırma mərkəzlərinin fəaliyyətinə aparat və proqram təminatı, mikroprosessorlar, optik məlumat ötürmə və simsiz rabitə şəbəkələri sahəsində araşdırmalar daxildir.
“Şirkətin prioritetləri arasında operatorlara və korporativ müştərilərə artan məlumat həcmlərinin idarə edilməsində kömək, şəbəkə komponentləri tərəfindən enerji sərfiyyatının azaldılması və artan stasionar və mobil trafikin effektiv emalı texnologiyalarının effektiv proqram idarə edilməsi sistemlərinə çıxışın təqdim edilməsini qeyd etmək olar”, - deyə “Huawei” şirkətinin Mərkəzi, Şərqi və Şimali Avropa ölkələri üzrə regional şöbəsinin prezidenti Jim Lu bildirib.
““Huawei” şirkətinin dünya üzrə fəaliyyət göstərən elmi araşdırma mərkəzlərində 70 min mühəndis işləyir. Stoqholmda “Huawei” şirkətinin ilk elmi araşdırma mərkəzi yerləşir - o 2000-ci ildə açılıb, yeni mərkəzlər açılmaqda davam edir və ən sonuncuları 2012-ci və 2013-cü illərdə açılıb», - deyə Lu əlavə edib.
Aynur Vəliyeva
18/09/13 Çap et