Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İKT ili” çərçivəsində “Elektron elm: elektron sənəd mübadiləsi” mövzusunda seminar keçiriləcək



Azərbaycanda “Elektron elm”in formalaşdırılmasında iştirak məqsədilə AMEA-nın Elmi İnnovasiyalar Mərkəzi (EİM) sənədlərin elektron mübadiləsinə keçir. Bununla əlaqədar olaraq, 18 oktyabr 2013-cü il tarixində “Elektron elm: elektron sənəd mübadiləsi” mövzusunda seminar keçiriləcək.
 
Mərkəzdən bildirilib ki, seminar Azərbaycan Respublikası Prezidentinin “2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya - kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında” sərəncamı və sərəncamın 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 22 yanvar 2013-cü il tarixli № 09-li sərəncamının icrasını təmin etmək məqsədi daşıyır.
 
Həqiqət İSABALAYEVA




18/09/13    Çap et