Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”a ağır itki üz verib


"Cyberpsychology, Behaviour and Social Networking" jurnalının analitiklərinin məlumatlarına əsasən, dünyanın ən böyük sosial şəbəkəsi "Facebook" son zamanlar təxminən 11 milyon istifadəçi itirib: ABŞ-dan 9 milyon və Böyük Britaniyadan isə 2 milyon.
 
"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, iddialara əsasən, Amerikanın xüsusi xidmət orqanları  sosial şəbəkə istifadəçilərinin fərdi məlumatlarına çıxış imkanına malik olması ilə bağlı internetdə yayılmış xəbərlər buna səbəb olub.
 
Analitiklər hesab edir ki, Edvard Snouden tərəfindən amerika xüsusi xidmət orqanlarının ifşa edilməsi "Facebook"un nüfuzuna böyük zərbə vurub. Bu səbəbdən Amerika və britaniya vətəndaşları dünyanın ən böyük sosial şəbəkəsinin bazasında yerləşən fərdi məlumatlarının təhlükəsizliyindən narahat olmağa başlayıblar. Rəyi soruşulmuş istifadəçilərin təxminən 50%-i bunu "Facebook" hesablarını silməyə səbəb kimi göstəriblər.
 
Emil Hüseynov




18/09/13    Çap et