Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HTC One” smartfonunun korpusu xalis qızıldan olacaq


“iPhone 5S”in elanından sonra qızıl rəng mobil bazarda növbəti trendə çevrilir. Lakin Tayvanın “HTC” şirkəti bu istiqamətdə bir az da irəli gedərək “HTC One” qabaqcıl modelinin korpusunu 24 karatlıq qızıldan hazırlayacaq.

“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, tədarük dəstinə, həmçinin palıd ağacından hazırlanmış orijinal qutu, həmçinin əsillik zəmanəti daxildir.  İçliyinə görə “HTC One” smartfonunun bahalı versiyası standart modeldən fərqlənmir.

Qurğuda 4.7 düymlük 1920х1080 təsvir ölçülü “Super LCD” ekranı, 1.7 QHs takt tezlikli “SoC Qualcomm Snapdragon 600” prosessoru, 2 QB əməli yaddaş, 32 QB-lıq fləş yaddaş və 4 ultrapiksellik kamera ilə təchiz edilib. “HTC One” smartfonunun qızıl versiyasının qiyməti 3100 dollar təşkil edəcək.


Emil Hüseynov




19/09/13    Çap et