Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Naxçıvanın “Elektron hökumət” portalında onlayn ödənişlərin tətbiqinə başlanılıb
Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi internet üzərindən elektron ödəniş sisteminin tətbiqinə başlayıb.
“ICTnews” elektron xəbər xidməti adıçəkilən nazirliyə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalında elektron xidmət vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyi tam təmin edilərək ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsi imkanı yaradılıb: ““Elektron hökumət” portalındakı ilk elektron ödənişlər nazirliyin elektron xidmətlərinə daxil edilən “Rabitə xidmət haqlarının ödənilməsi” və “Genişzolaqlı internet istifadəçilərinin balanslarının artırılması” xidmətləridir.
Bu sistem abunəçilərin onlayn rejimdə çevik ödəmə prosesini həyata keçirməyə imkan verir. Beləliklə, abunəçilər “www.e-hokumet.nmr.az” saytına daxil olaraq rabitə xidməti haqlarını ödəyə və ADSL istifadəçiləri balanslarını onlayn artıra bilərlər”.
Qeyd edək ki, nazirlik “GoldenPay” şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Bu müqaviləyə görə, ödənişləri həmin şirkət həyata keçirir.
CAHANGİR
19/09/13 Çap et