Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
Ədliyyə Nazirliyi elektron xidmətlər köşkünü tətbiq etməyə hazırlaşır. Nazirlikdən verilən məlumata görə, nazirliyin orqanlarında tətbiqi nəzərdə tutulan həmin köşk vasitəsilə notariat, vətəndaşlıq vəziyyəti aktları və qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı qaydalarına dair məlumatların dərhal əldə olunması, bütün növ ödənişlərin elektron qaydada aparılması, nazirliyin “qaynar xətt”inə və elektron poçtuna birbaşa müraciətlərin edilməsi mümkün olacaqdır.
Nazirlikdə hesab edirlər ki, bununla da şəffaflığın artırılmasına və korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına, inzibati işçilərlə bilavasitə təmasın minimuma endirilməsinə, habelə vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəlməsinə nail olunacaqdır.
02/06/11 Çap et