Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Jurnalistlər “iPhone 5s” və “5c” aparatlarını dünyanın ən yaxşı smartfonu adlandırıblar
Aparıcı İT nəşrlərdə işləyən amerikalı jurnalistlər “Apple”ın yeni smartfonlarını sınaqdan keçirərək qurğuların icmallarını dərc ediblər. Müşahidəçilərin fikrincə, “Apple” dünyanın ən yaxşı smartfonlarını yaratmağa müvəffəq olub.
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “iPhone 5s” smartfonunun aparat və proqram içliyi onu bazarın ən yaxşı smartfonu adına layiq görür" – “AllThingsD” nəşrindən Uolter Mossberq öz hisslərini gizlətməyib. Sözügedən nəşr barmaq izləri sensorunun işini, yaxşı əməliyyat sistemini və kameranı qeyd edib.
“TechCrunch” nəşri, həmçinin “iPhone 5c” aparatını ən yaxşı smartfon adlandırıb. Jurnalistlər əlavə ediblər ki, əgər o mövcud olmasaydı, o zaman “iPhone 5s” cihazını ən yaxşı mobil qurğu hesab etmək olardı.
Emil Hüseynov
19/09/13 Çap et