Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” səhiyyə şirkəti yaradıb


“Google” şirkəti “Calico” adlı yeni törəmə şirkətin yaradılması haqqında məlumat verib. O, səhiyyə məsələləri üzrə ixtisaslaşacaq.

“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “Calico” şirkətinin Baş icraçı direktoru Artur D. Levinson olacaq. O, “Genentech” və “Apple” şirkətlərində Direktorlar Şurasının sədridir və bundan əvvəl “Genentech” şirkətində Baş icraçı direktor vəzifəsində işləyib.

“Google”un Baş icraçı direktoru Larri Peyc deyib ki, hər bir kəs xəstələnə bilər. Gələcəkdə səhiyyə və biotexnologiyaların inkişafı nəticəsində milyonlarla insanın həyatını yaxşılaşdırmaq mümkün  olacaq.

Emil Hüseynov




19/09/13    Çap et