Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
AZPROMO internet marketinqi və elektron kommersiya texnologiyaları tətbiq edən assosiasiyaya üzv olub
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ixracın təşviqi, o cümlədən beynəlxalq ticarət sahəsində fəaliyyət göstərən ixtisaslaşmış təşkilatlarla əməkdaşlığın genişlənməsi istiqamətində fəaliyyətini davam etdirir.
Fondun ABŞ nümayəndəliyi vasitəsi ilə aparılan işlər nəticəsində AZPROMO ABŞ və xaricdə fəaliyyət göstərən biznes dairələri arasında beynəlxalq ticarətin təşviqini həyata keçirən Monterey Körfəzi Beynəlxalq Ticarət Assosiasiyasına üzv olub.
AZPROMO-dan qeyd edilib ki, Monterey Körfəzi Beynəlxalq Ticarət Assosiasiyası ABŞ-da (Kaliforniya, Vaşinqton, Oreqon ştatları) və xaricdə (Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya, Yaponiya, Koreya, Çin və s.) rabitə və informasiya texnologiyaları, alternativ enerji, kənd təsərrüfatı, şərabçılıq, qida sənayesi, əczaçılıq və digər müxtəlif sahələrdə fəaliyyət göstərən 150-dən çox şirkəti özündə birləşdirən təşkilatdır.
Assosiasiya internet marketinqi və elektron kommersiya texnologiyaları tətbiq etməklə yerli və xarici şirkətlər arasında ticarət əlaqələrinin qurulmasını həyata keçirir, 50 mindən çox idxalçı, distribüter, ixracatçı və investisiya dairələrinə çıxışı olan “TradePort Collaborator” internet şəbəkəsini idarə edir.
Həqiqət İSABALAYEVA
20/09/13 Çap et