Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Symantec”: “Avqust ayında spamın payı azalıb”



"Symantec" şirkətinin son hesabatına əsasən, avqust ayında poçt korrespondensiyasında tullantılarının payı 2,4% azalaraq bu rəqəm 65,2% təşkil edib.
 
Spamdan ən çox əziyyət çəkənlər Səudiyyə Ərəbistanı sakinləridir. Burada qeyri-legitim məktubların həcmi ümumi poçt trafikinin 78,6%-ni təşkil edib. Eyni zamanda, spamdan təhsil ocaqları daha  əziyyət çəkiblər, onların payına ötən aylarda olduğu kimi spamın ümumi həcminin 68,9%-i düşüb.
 

Poçt tullantılarının mənbəyi olan ölkələrin Top 10-nun payına qlobal spam həcmlərinin yarıdan çoxu düşüb, bununla yanaşı onların individual iştirakı o qədər də çox olmayıb və bərabər şəkildə paylanıb.
ABŞ 6,66%, Hindistan 6,98% və İspaniya 5,72% pay ilə "fəxri" yeri tutmayıblar.
Spamın tematik tərkibində avqustda "Tanışlıqlar" kateqoriyası (70,4%) üstünlük təşkil edib. İkinci yeri də müxtəlif diet təkliflərlə (12,3%) bağlı məlumatlar qərarlaşıb, üçüncü yeri isə farmasevtik preparatların reklamı (9,4%) tutub.
 

Spamer URL-də aşkar edilən qeyri-legitim məktubların və TLD-domenlərin həcmi haqda məlumatları "Symantec" bir aylıq gecikmə ilə təqdim edib. İyul ayının spam-məktublarının yarısından çoxu (50,7%) həcmlərinə görə 10 KB-ı ötüb, halbuki ötən ayda 5-10 KB (47,5%) kateqoriyası üstünlük təşkil edib. Həcmi 5 KB olan qısa məktubların payına spamın 20%-dən çox hissəsi düşüb.
 

TLD-domenlərin URL-spamda iştirakı reytinqinə iyun və iyul aylarında "*.pl" domeni (müvafiq olaraq 58,9% və 47,8%) başçılıq edib. Onun ardınca böyük fərqlə "*.com" (18,4% və 15,9%) və iyul ayında iştirakı 14,3% təşkil edən "*.ru" gəlir.

Fişinq məktublarının poçt korrespondensiyasında payı ötən ay artıb: "Symantec" tərəfindən 625,6 məktub içində bir dənə belə məktub qeydə alınıb, halbuki iyulda bu göstərici 736,5 məktub içində bir ədəd təşkil edib. Fişinq aktivliyinin sərt artımı, avqust ayı üzrə hədəf ölkələr reytinqində üçüncü yeri tutan Yaponiyada müşahidə olunub (443,2 məktub içində 1 məktub). Bu siyahıda Böyük Britaniya (246,1 məktubdan biri) və CAR (339,3 məktubdan biri) onu geridə qoyub.
 
Son vaxtlar həmişə olduğu kimi, fişerlərin məktublarının əksəriyyəti hökumət qurumlarının nümayəndələrinə ünvanlanıb (76,7 məktubdan biri).
Fişinq mənbəyi olan ölkələrin siyahısına bu dəfə 54,74%-lə Yaponiya başçılıq edib. Onun ardınca 16,94%-lə Honkonq və 10,16%-lə ABŞ gəlir.
Spamın paylanmasında iştirak edən veb-saytların yarısına yaxın hissəsi avtomatlaşdırılmış vasitələrlə yaradılıb, tuzaqların 41%-i sındırılmış resurslarda yerləşdirlib.

Elektron poçtun ziyanverici tərkibi yayın sonunda artıb: iyulda hər 465-cı məktub virus daşıyıcısı olub, avqustda isə hər 340-cı məktub. Ziyanverici məktubların əsas mənbəyi Amerika (ümumi həcmin 43,14%) və Britaniya (21,99%) kompüterləri olub. Spam paylaşmalarının yüksək göstəriciləri Böyük Britaniyada (174,9 məktubdan biri) və dövlət sektorunda (53,2 məktubdan bir) müşahidə olunub.
"Symantec" avqust hesabatının xüsusi bölməsini sosial servislərə edilən hücumlara həsr edib. Şirkətin statitikasına əsasən, cari ildə bu sahədə ən böyük təhlükəni saxta təkliflər təşkil edir, onların payına spam-məktublarının 82%-i düşür.
Adətən belə məktublar mifik hadisənin müzakirəsinə və ya iştirakçıların xüsusi qrupuna qatılmağa çağırır. Cəlb etmək üçün istifadəçiyə "pulsuz" hədiyyəli kart vəd edilir. Bu cür məcburi üzvlük  premium SMS-lərin ödənilməsi üçün şəxsi məlumatların və pulların itirilməsinə gətirib çıxara bilər.

Sosial birliklərdə brauzer üçün ziyanverici plaqini legitim həll kimi yükləmək çağırışı  ciddi təhlükəyə çevrilib. Ötən il belə təhlükəli məktubların payına hücumların 5%-i, 2013-cü ildə isə artıq 8,2% düşüb. Eyni zamanda, leqal əlavə kimi təqdim edilən ziyanverici proqramı yükləmək üzrə analoji təkliflərin sayı artıb. "Symantec"in ötən ilki reytinqində bu təkliflər altıncı yeri tutublar, bu il isə - 2,1% hücumla dördüncü yer.
Bədəməllər ziyanvericini adi proqramın pirat nüsxəsi ilə birgə qablaşdırır və bütün komplekti onun pulsuz versiyası kimi təqdim edirlər. Sosial şəbəkələrdə hücumlar arasında üçüncü yeri birinci yarımilliyin nəticələrinə əsasən (5,2%-lə) "laykların" oğurlanması tutub.
Aynur Vəliyeva




20/09/13    Çap et