Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sürücüsüz avtomobillər 3 il sonra tam reallığa çevriləcək


“Elektrik avtomobilləri istehsalçısı “Tesla Motors” şirkəti üç il sonra  sürücüsüz hərəkət edəcək avtomobillərin istehsalına başlayacaq”. Bu fikri şirkətin direktoru  Elon Mask səsləndirib. Əgər sözügedən layihəni həyata keçirmək mümkün olsa, “Tesla” şirkəti “Google”dan irəlidə olacaq.

Xatırladaq ki, hazırda “Google” tərəfindən dəstəklənən layihənin üzərində aparılan işlər bir qədər zəifləyib, çünki avtomobil istehsalçıları bu cür maşınların təhlükəsizliyinə şübhə ilə yanaşırlar.

“ICTnews” elektron xəbər xidməti “zhelezyaka.com”  saytına istinadən bildirir ki,  “Tesla” şirkətinin direktoru sürücüsüz avtomobillərin hazırlanmasında öz texnologiyalarından istifadə edəcəyini səsləndirib.
Xatırladaq ki, Elon Mask, həmçinin “Spacex” şirkətinin və “Paypal” ödəmə sisteminin təsisçisidir.

Emil Hüseynov
 




20/09/13    Çap et