Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çinlilər “iPhone 5C” smartfonunu klonlaşdırıblar


Məşhur smartfonların ucuz surətlərinin istehsalı üzrə tanınan Honkonqun “Goophone” şirkəti “GooPhone i5C” modelini istehsal edib. O, sentyabrın 10-da “Apple” şirkəti tərəfindən təqdim olunan “iPhone 5C” smartfonunun oxşarıdır.

“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, lakin onun içliyi fərqlidir: 5 düymlük ekran (540x960), arxa paneldə 8 meqapiksellik və 2 meqapiksellik ön kamera, 1.3 QHs takt tezlikli ikinüvəli “MediaTek” prosessoru, 512 MB əməli yaddaş, “microSD” kartları üçün slot. Daxili yığıcının həcmi 4 QB, akkumulyator batareyasının tutumu isə 2000 milliamper/saat təşkil edir.

“GooPhone i5C” modelini Çində 100-120 dollara satın almaq olar. Aparat “Android” platforması ilə işləyir və ona “iOS 7”stilində interfeys örtüyü quraşdırılıb.

Emil Hüseynov
 




20/09/13    Çap et