Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İKT şirkətlərinə vergi və gömrük güzəştləri ediləcək


Azərbaycanda yaxın zamanda informasiya - kommunikasiya texnologiyaları sahəsində çalışan şirkətlər üçün güzəştli rüsumlar tətbiq ediləcək. 

 “ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən,  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı  Dövlət Fondunun rəhbəri Elçin Zeynalov bildirib ki, güzəştlər 1-2 ay ərzində tətbiq edilə bilər.

İKT sahəsində çalışan şirkətlər eyni zamanda vergi rüsumlarından azad ediləcəklər. Bu da onlara bizneslərinin səmərəliliyini və effektini artırmağa imkan verəcək.

Aynur Vəliyeva




20/09/13    Çap et