Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Balmer “Google” şirkətini inhisarçı adlandırıb



“Microsoft”un icraçı direktoru Stiv Balmer “Google” şirkətini inhisarçı adlandırıb və tənzimçiləri sözügedən şirkətdə araşdırma aparmağa səsləyib.

“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, Serqey Brin və Larri Peycin korporasiyası axtarış və reklam sahələri daxil olmaqla, demək olar ki, onlayn xidmətlərin hamısına nəzarət edirlər.

O qeyd edib ki, “Google” şirkəti öz axtarış xidmətlərinin inkişafına 1-3 milyard dollar xərcləyir. Nəticədə “Samsung” və “Apple” şirkətinin qurğularında mövqeyini gücləndirir.
Stiv Balmer əlavə edib ki, “Microsoft” korporasiyasının gələcəklə bağlı dəqiq planı var.

Emil Hüseynov
 
 
 




21/09/13    Çap et