Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti “iPad5”i oktyabrın 15-də təqdim edəcək


“Apple” şirkətinin pərəstişkarları yeni “iPhone 5S” və  “iPhone 5C” almaq üçün dükanlara hücum etdiyi bir vaxtda şirkət növbəti yeniliklərinin təqdimatına hazırlaşır.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Apple” oktyabrın 15-də yeni “iPad 5”i təqdim etməyə, satışа isə noyabrın ilk günlərində başlamağa hazırlaşır.

Yeni “iPhone 5S”də olduğu kimi, “iPad 5”də də yeni A7 prosessor olacaq, lakin planşet versiyasında prosessor A7X adlanacaq və bu “Apple”-ın istehsal etdiyi ən güclü prosessor olacaq.

“iPad 5”in dizaynının “iPad 4 Retina”ya oxşamayacağı bildirilib, o, “iPad Mini”nin böyüdülmüş, lakin 15% daha nazik və 25% daha yüngül versiyası olacaq. Lakin “iPad 5”-in xarici görünüşü ilə bağlı son qərar qəbul edilməyib və son anda dizaynda dəyişikliklər edilə bilər.

Öncə yeni “iPad”-in displeyinin 13 düymədək artırılacağı bildirilirdi, hazırda isə mənbələr bu haqda heç bir məlumat vermir. Bu ölçüdə ekrana malik olan planşetləri yaxın bir il ərzində gözləməyə dəyməz. Qeyri - rəsmi məlumatlara əsasən, yeni “iPad”-lərın yaddaş həcmi və qiyməti dəyişməyəcək və ABŞ üçün 16 FB və Wi-Fi dəstəkləyən qurğuların qiyməti 499 dollardan başlayacaq.

Eyni zamanda, “iPad 5” qurğusunda “iPad 4”də və ya “iPhone 5S”də olmayan inqilabi yeniliklər olmayacaq.

Aynur Vəliyeva
 




21/09/13    Çap et