“Nokia”nın satılması başa çatdıqdan sonra Stiven İlop 18,8 milyon avro alacaq
Finlandiyanın "Nokia" şirkəti ABŞ-ın "Microsoft" korporasiyası ilə birləşdikdən sonra vəzifəsi kiçildilən "Nokia"nın icraçı direktoru və prezidenti Stiven İlop mobil bölmənin və servislərin satılmasından xeyli qazanc əldə edəcək.
Belə ki, "Nokia"nın ümumi dəyəri 7,2 milyard dollar qiymətləndirilən səhmlərinin alışına dair saziş başa çatdıqdan sonra S.İlop 18,8 milyon avro (təxminən 25,4 milyon dollar) məbləğində xeyir götürəcək. Bu məbləğə 4,1 milyon avro əməkhaqqı və səhmlər şəklində 14,6 milyon avro mükafat daxildir.
Ödəniş üzrə xərclərin 70 faizini "Microsoft" öz üzərinə götürəcək, qalan hissə "Nokia"nın hesabına ödəniləcək.
Sazişin şərtlərinə əsasən, sövdələşmə başa çatdıqdan sonra S.İlop "Nokia"nı tərk edərək "Microsoft"un mobil telefon istehsalı bölməsində qurğular və servislər üzrə icraçı vitse-prezident vəzifəsini icra edəcək, - "CNews -
www.cnews.ru" yazır.