Yaponiyada üzgüçü robot yaradılıb
Tokio Texnologiya İnstitutunun alimləri müxtəlif üslubda üzə bilən humanoid robot yaradıblar. Bu barədə yerli KİV yazıb.
İxtiraçıların fikrincə, korpusu plastikdən düzəldilən və boyu 90 sm, çəkisi 7 kq olan robot dünyanın ən yaxşı üzgüçüləri ilə rəqabət apara bilər. Mühəndislər robotun Olimpiya çempionlarının hərəkətlərini yerinə yetirməsi üçün texniki xüsusiyyətlərini yaxşılaşdırmaq niyyətindədirlər, - "İTAR-TASS -
www.itar-tass.ru" yazır.