Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone 5S”in biometrik təhlükəsizlik sistemində boşluq aşkar edilib (VİDEO)


Almaniyalı hakerlər “iPhone 5S” smartfonunda “Touch ID” adlanan  barmaq izləri skanerinin təhlükəsizlik sistemində boşluq aşkar ediblər. “Chaos Computers Club” (CCC) haker qrupunun iştirakçıları bildiriblər ki, onların metodunda yeni heç nə yoxdur. İlk öncə onlar “iPhone 5S” sahibinin şüşənin səthində saxlanılmış papillyar naxışının fotoşəklini çəkiblər, bundan sonra onu lazer printerinin köməkliyi ilə şəffaf nazik plyonkada çap ediblər, daha sonra fotoşəklin üzərinə yapışqan çəkiblər və o, qurumağa başlayıb.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, bir müddət ötdükdən sonra hakerlər barmağın "surəti"ni nazik plyonkadan ayırıb və onu nəmli etmək üçün hava üfürüblər və sensora yaxınlaşdırıblar. “iPhone 5S”in biometrik təhlükəsizlik sisteminə müdaxilə prosesi “YouTube” hostinqində yerləşdirilmiş çarxda təsvir edilib. “CCC” iştirakçıları deyiblər ki, barmaq izləri etibarlı üsul deyil, çünki insanlar barmaq izlərini hər yerdə qoyurlar və onların surətini çıxartmaq böyük zəhmət tələb etmir.




Emil Hüseynov




23/09/13    Çap et