Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Tədris proqramlarının keyfiyyətinin təmin edilməsi üzrə onlayn sənədləşmə sisteminin tətbiqi” adlı seminar öz işinə başlayıb


Bu gün Bakı Dövlət Universitetində Tədris Proqramlarının Keyfiyyətinin Təmin Edilməsi üzrə Sənədləşmə - DOQUP - TEMPUS layihəsi çərçivəsində "Tədris proqramlarının keyfiyyətinin təmin edilməsi üzrə onlayn sənədləşmə sisteminin tətbiqi" adlı seminar öz işinə başlayıb. Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən seminar 2 gün davam edəcək və növbəti gün öz işini Qafqaz Universitetində davam etdirəcək.
 
 
Seminarda BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva öncə iştirak edən xarici ölkə universitetlərinin nümayəndələrinə BDU haqqında məlumat verib. Prorektor İ.Əliyeva daha sonra müzakirə olunacaq məsələlər haqqında danışıb.
 
O bildirib ki, seminar ərzində tədris proqramlarının keyfiyyətinin təmin edilməsi və təkmilləşdirilməsi, əmək bazarının tələblərinə uyğun olaraq kadrların hazırlanması, tədris proqramlarının keyfiyyətinin təmin edilməsi üzrə məlumatların toplanması, işlənməsi və təqdim edilməsi, hər bir partnyor universitetin hazırladığı məlumatların və tədris proqramlarının keyfiyyətinin təmin edilməsi və s. məsələlər müzakirə ediləcək.
 
 
Daha sonra müzakirə edilən mövzu ətrafında İtaliya, Slovakiya, Almaniya, İspaniya, Qazaxıstan, Qırğızıstan və Tacikistandan olan nümayəndələr çıxış edib, maraqlı təkliflər səsləndiriblər.
 
SEYMUR




23/09/13    Çap et