Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“BlackBerry” 4,7 milyard dollara “Fairfax Financial” şirkətinə satılır


Kanadanın mobil qurğular istehsalçısı "BlackBerry" bütün maliyyə aktivlərinin "Fairfax Financial" şirkətinə 4,7 milyard dollara  satılmasına dair ilkin saziş imzalayıb. Bu barədə Kanada istehsalçısının məlumatında deyilir.

Saziş imzalanmamışdan əvvəl "Fairfax" "BlackBerry" şirkətinin təxminən 10 faizinə sahib olub. "BlackBerry"nin Direktorlar Şurası hazırkı sazişi təsdiq edib.

"Biz hesab edirik ki, saziş "BlackBerry" üçün özəl şirkət kimi onun istehlakçıları, mobil operatorları və əməkdaşları üçün yeni səhifə açacaq. Biz bütün dünyada "BlackBerry"nin korporativ müştəriləri üçün ən yaxşı və təhlükəsiz həllərin hazırlanması üzrə uzunmüddətli strategiyanı hazırlamaqda davam edəcəyik", - "Fairfax" şirkətinin baş direktoru Prem Uotsa bildirib, - "Digit" yazır.




24/09/13    Çap et