Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Eşton Katçer: “Facebook yeni dindir”


Aktyor və maliyə investoru Eşton Katçer “CTIA Wireless” sərgisində çıxış edərkən Facebook-un yeni din olması haqqında fikirlərini bölüşüb. Onun sözlərinə görə, bu sosial şəbəkə insanlarla daha sıx əlaqə qurmaq üsuludur: “Din vaxtilə böyük şəhərlərdə tanış olmayan insanlara inanmağa kömək edib. Facebook da dostların dost siyahısında olan yad adamları birləşdirir”.

“ICTnews” elektron xəbər xidməti “ict.az” saytına istinadən bildirir ki, “Computerworld” jurnalının məlumatına görə, o, öz çıxışında “kütləvi informasiya vasitələri Twitter-i “korlayıb”, orada artıq hər cür yaramaz məlumatlar yer alır” deyə bu sosial şəbəkənin daha əvvəlki kimi olmadığından heyfsilənib.

Twitter-də 14,3 milyon izləyicisi olan Katçer bildirib ki, əgər gələcək filmlərini reklam etmək lazım olarsa o, mütləq bu xidmətdən yararlanacaq.

Emil Hüseynov




24/09/13    Çap et