Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Leysan yağışların rabitənin işində yaratdığı problem aradan qaldırılıb


Bölgədə yağan leysan  yağışlar rabitənin işinə ciddi problem yaratmayıb. “Aztelekom” İB-dən verilən məlumata görə, Şəki, Oğuz, Qax və Qəbələ rayonlarında yağış bəzi kəndlərdə telefon xətlərinin işində problemlər yaradıb.

Təxirəsalənmaz tədbirlər nəticəsində xüsusi briqadaların köməyi ilə telefon rabitəsinin işi operativ şəkildə bərpa edilib.

Ölkənin cənub bölgələrində dağətəyi zonalarda yağışın intensiv xarakter daşıması bir çox sosial obyektlərlə yanaşı rabitənin işində bəzi problemlər yaradıb. Lənkəran və Astara rayonlarında  çox yerlərdə iri gövdəli ağacların aşması nəticəsində rabitə xətlərinə ziyan dəyib. Həyata keçirilən təcili tədbirlər nəticəsində problem yerindəcə aradan qaldırılıb.

Qubanın 3000 metrdən yuxarı dağlıq ərazilərinə qar düşüb. Bölgədə dağətəyi bölgələrdə isə güclü yağışlar yağıb. Quba TKQ-nın rəisi Nazim Əliyev məlumat verərək bildirdi ki, hələlik rabitə sahəsində hər hansı problem yaşanmayıb.
 
 Qeyd edək ki, ən çox yağıntı Quba rayonunun Təngəaltı kəndi ərazisinə yağıb. Bura 22 mm yağıntı düşüb. Çaylarda suyun səviyyəsi artıb. Vəlvələçayda suyun səviyyəsi 43 sm, Qudyalçayda 20 sm, digər çaylarda isə 5-8 sm artıb.

RƏVAN




24/09/13    Çap et