“Sazz İnternet” “Mobil Bank” və ATM vasitəsilə ödəniş sistemini tətbiq etməyə başladı
Azərbaycanın ən böyük simsiz genişzolaqlı internet provayderi "Sazz 4G" "AzeriCard" prosessinq mərkəzi ilə birgə öz abunəçiləri üçün "Mobil Bank" və Beynəlxalq Bankın bankomatları vasitəsilə ödəniş sisteminin tətbiqinə başlayıb.
"Sazz İnternet"in mətbuat xidmətinin məlumatına görə, "Mobil Bank" və bankomat vasitəsilə ödəniş edərkən "Sazz" abunəçirləri həm aktiv olmayan loqinlərini aktivləşdirmək, həm də öz hesablarına əvvəlcədən vəsait yatırmaq imkanına sahib olacaqlar.
Bunun üçün "Sazz İnternet"in "
www.sazz.az" saytında yerləşdirilmiş şəxsi kabinetlərdə hər abunəçiyə məxsus unikal ödəniş kodları yaradılıb. Abunəçilərin ödəmə əməliyyatlarını asanlaşdırmaq üçün saytda həmçinin ödəmə qaydaları haqqında ətraflı məlumat yerləşdirilib.
Xatırladaq ki, "Sazz Internet"in bütün yeni abunəçilərinə 5 gün ərzində 200 meqabaytlıq trafiklə internet xidmətini yoxlamaq imkanı verilir.
Hazırda "Sazz İnternet" Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Xırdalan şəhərlərində, habelə Abşeron yarımadasının əksər qəsəbələrində xidmət göstərir. Bu yaxınlarda "Sazz İnternet"in əhatə dairəsinə daha 11 şəhərin daxil olunması planlaşdırılıb.
RƏVAN