Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Maye kristal monitor bazarında azalma davam edir


2013-cü ilin birinci yarısında ümumilikdə 71,1 milyon maye kristal monitor tədarük edilib ki, bu da ötən ilki göstəricilərlə müqayisədə 5.45% azdır.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, kompüter ekranları istehsalçılarına gəlincə isə Tayvanın “TPV Technology” ODM şirkətidir: onun müəssisələrində əksər qlobal brendlərin məhsulu yığılır. Məlumatlara görə, FK monitor seqmentində “TPV” şirkətinin bazar payı 35%-ə bərabərdir.

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti ikinci yerdə qərarlaşıb. Bu ilin birinci yarısında istehsal edilmiş kompüter ekranlarının 12.7%-i onun payına düşüb.

Sözügedən seqmentdə vəziyyəti xarakterizə edən müşahidəçilər qeyd ediblər ki, monitorların tədarük həcminin azalması mobil cihazlarının populyarlaşması ilə bağlıdır.

Emil Hüseynov
 
 
 




24/09/13    Çap et