«Milli Net 2013» mükafatı 14 nominasiya üzrə keçiriləcək. Nominasiyalardan ikisi ilk dəfə bu il müsabiqəyə daxil edilib.
Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 2 ay davam edəcək və 23 noyabrda qeydiyyat başa çatacaq.
Qiymətləndirmə prosesi dekabrın 15-dək sürəcək. «Milli Net 2013» yekun Təqdimat mərasimin dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.
Müsabiqəyə təqdim edilən saytların daha keyfiyyətli qiymətləndirilməsi üçün meyarlar hazırlanıb. Qaydalara uyğun olaraq Münsiflər Komissiyanın tərkibində dəyişikliklər olub və yeni üzvlər qəbul edilib.
Müsabiqə ilə bağlı yenilikləri
www.millinet.az saytından əldə edə bilərsiniz.
Azərbaycan İnternet Forumunun təsis etdiyi «Milli Net»in keçirilməsində məqsəd Azərbaycan internetinin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarını tanıtmaqdan ibarətdir.
Müsabiqəyə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, «Azercell» və «Delta Telecom» şirkətləri tərəfindən dəstək verilir.