Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nokia uğursuzluğunun səbəbin açıqlayıb
“All Things Digital” nəşri tərəfindən Kaliforniyada təşkil edilmiş D9 konfransında çıxış edən Nokia-nın baş direktoru Stiven Elop Nokia-nın mobil bölməsinin Microsoft korporasiyası tərəfindən alınması haqqında yayılan şayiələrə aydınlıq gətirib. O, həmçinin, hazırda iPhone-nun lider olduğu smartfon bazarında fin nəhənginin uğursuzluqlarının səbəblərindən danışıb. Nokia-nın iPhone ilə rəqabət apara bilməməsinə aydınlıq gətirən Stiven Elop bu vəziyyətin iki mərhələdə yarandığını bildirib. Birinci mərhələ 2004-cü ildə, şirkət bazarın 40%-ni ələ keçirən zaman qeydə alınıb ki, bu zaman Motorola RAZR kimi telefonlara keçməkdən imtina etmişdi. 3 il sonra Nokia iPhone-nun imkanlarına inanmadığı üçün innovasiya dəyişikliklərindən imtina etdi və nəticə ürəkaçan olmadı.
Xatırladaq ki, Mobile Research Group-un analitiki Eldar Murtazin Twitter-dəki mikrobloqunda “ "kiçik proqram şirkəti" , "telefonların kiçik istehsalçısı" nın payını almasına 19 milyard dollar xərcləməyə qərar verib” sərlövhəsi ilə çıxış edib. Mətndə şirkətlərin konkret adları açıqlanmasa da, söhbətin Microsoft və Nokia şirkətlərindən getdiyi bəlli olur.
IT ekspertləri əvvəllər də inanmırdılar ki, Nokia öz telefon biznesini kiməsə verəcək. Çünki, belə olan halda, şirkətin yalnız Nokia Siemens Networks firması və Nokia Navteq-in kartoqrafiya bölməsi qalardı.
02/06/11 Çap et